"Ukrayna düşmənin Krım körpüsü kimi logistika yolunu kəsməli idi".
"Unikal" xəbər verir ki, bu barədə SBU-nun rəhbəri Vasil Malyuk “1+1” telekanalına müsahibəsində bildirib.
"Beynəlxalq hüquq normalarına, mövcud qanunvericilik normalarına, döyüş adətlərinə uyğun olaraq və əməliyyat şəraitinin təhlilinə əsasən, biz sadəcə olaraq orada düşmənin maddi-texniki təminatını kəsməyə borcluyuq. Lakin bu gün hansısa formada buna münasibət bildirə bilmərəm", - deyə o bildirib.
Malyuk onu da bildirib ki, Rusiya xüsusi xidmət orqanları Krım körpüsündə baş vermiş partlayışla bağlı artıq Rusiya Federasiyasının 22 vətəndaşını saxlayıb.
"Ruslar onlara işgəncə verir və poliqrafiya testləri aparırlar. Bütün təfərrüatları qələbəmizdən sonra öyrənəcəyik", - SBU rəhbəri bildirib.
Qeyd edək ki, Krım körpüsündə yanğınla müşayiət olunan partlayış oktyabrın 8-də baş verib.
Gülayə Mecid