"Hər şey bir şəxsin, yəni Cənab Prezidentin iradəsindən asılıdır".
"Unikal" xəbər verir ki, bunu "Müsavat TV"yə açıqlamasında deputat Siyavuş Novruzov deyib.
"İstefa bu formada olmalıdır. Deyirdilər ki, camaat, ordu ayağa qalxacaq. Gördünüz, sakit formada hər şey həll olundu. Azərbaycanda belə proses yoxdur ki, kimsə kiməsə güc göstərsin".
Siyavuş Novruzov "Sizin fikrinizcə, Prezident Vasif Talıbova "istefa ver" mi deyib?" sualına "Bəli, bu, yalnız belə ola bilər" cavabını verib.