"27 ölkə artıq Ukraynaya texnika və canlı qüvvə itkisini ödəmək üçün silah tədarükünə 97 milyard dollar xərcləyib".
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı dövlətləri itkiləri ödəmək üçün Ukrayna tərəfinə hərbi yardımı artırıblar.
“27 ölkə artıq Ukraynaya silah tədarükünə 97 milyard dollar xərcləyib ki, bu da amerikalıların Əfqanıstanda tərk etdiyindən qat-qat çoxdur. Onun bir hissəsi terrorçuların əlindədir və bütün dünyaya yayılmaqdadır. Ukraynadan gələn silahların sabah kimin əlinə keçəcəyi məlum deyil”, - Şoyqu bildirib.
Bundan əvvəl Rusiya müdafiə departamentinin rəhbəri bildirib ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynada hərbi əməliyyatları mümkün qədər ləngitməyə çalışır.
Gülayə Mecid