"Dörd minə yaxın rusiyalı turist Misirdən qayıdıb. Həftənin sonuna qədər rusiyalı turistlərin əksəriyyətinin ölkədən çıxarılması planlaşdırılır".
"Unikal" xəbər verir ki, bu barədə "Tez Tour” turoperatorunun mətbuat xidməti məlumat verib.
Göyərtəsində 350 turistin olduğu ilk təyyarə onları dekabrın 19-da Hurqadadan Rusiyaya qaytarıb . Uçuş Domodedovoda yerləşən Red Wings aviaşirkəti tərəfindən həyata keçirilib.
iFly dekabrın 15-dən Misirə bütün uçuşları ləğv edib və ya vaxtını dəyişdirib. Daşıyıcı bu addımını Rusiya aviaşirkətlərinin İordaniyanın hava məkanında uçuşlar etməli olduğu məhdudiyyətlərlə izah edib.
Bundan əvvəl Hurqadadakı TEZ Tour beynəlxalq turoperatorunun baş meneceri Tamer Səid bildirmişdi ki, iFly çarter daşıyıcısının reyslərinin ləğvi ilə əlaqədar şəhərdə olan rusiyalı turistlər digər aviaşirkətlərin təyyarələri ilə evlərinə göndəriləcək. Onun sözlərinə görə, o zaman Misirdə üç minə yaxın rusiyalı turist olub.
Gültəkin