Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə səyyar görüşləri davam etdirir
Gəncə İH-dən "Unikal"a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.
Növbəti görüş Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib. Görüşdə Niyazi Bayramovla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə iştirak edən sakinlərin müraciətləri tək-tək dinlənilib. Müraciətlərin əsasını işlə təminat, mənzil uçotuna götürülmə, fərdi yaşayış evinin təmiri, müalicə və digər məsələlər təşkil edib.
Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Sonda sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.