"Ermənistan “sülh və dostluq əlini uzatmalıdır”".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Ermənistan bu fürsətdən düzgün istifadə etməlidir. Ermənistan atəşkəs razılaşmasına əməl etsə, sülh və sabitliyin bir hissəsinə çevrilə bilər. Bu, bütün region ölkələrinin təhlükəsizliyinə və iqtisadi rifahına töhfə verəcək”, - deyə o, Kayseridə azərbaycanlı və gürcü həmkarları ilə görüşündən sonra bildirib.
O, həmçinin əmin edib ki, Türkiyə, belə çıxır ki, “həmişə regionda və bütün dünyada sülh, əmin-amanlıq və sabitliyin tərəfdarı olub”.
Gültəkin Ələsgər