Birləşmiş Ştatlar İranın baş prokuroru Mohməmməd Cəfər Montazeriyə etirazları yatırtdığına görə sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Montazeri etirazçılara qarşı qəti və sərt davranmaq üçün hakimlərə göstərişlər göndərməkdə "ittiham olunur".
Bundan əlavə, hökumətyönlü Bəsic milislərinin yüksək rütbəli nümayəndələri Müslim Moein və Hossein Maroufi, həmçinin Tehran və Kürdüstandakı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinin komandirləri Həsən Həsənzadə və Seyid Sade Hüseyniyə sanksiya tətbiq edilib.
"Hüseyni silahsız nümayişçilərə qarşı öldürücü silahdan istifadəyə icazə verib və nümayişçilərin kütləvi həbsinə göstəriş verib, nəticədə azı 7 nəfər ölüb" -məlumatda bildirlir.
Gültəkin