"İran Amerikanın təklif etdiyi diplomatiya yolunu qəbul etməsə, başqa variantlar olacaq"
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken İranın nüvə proqramı ilə bağlı deyib:
"Diplomatiya ən yaxşı və arzu olunan yoldur. İran ABŞ-ın təklif etdiyi diplomatiya yolunu qəbul etməsə, bu ölkə üçün başqa variantlar da olacaq" -deyə dövlət katibi vurğulayıb.