Kolumbiyada hərbi nəzarət məntəqəsinə yerləşdirilmiş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində 4 əsgər yaralanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Antiokiya inzibati bölgəsindəki Briçeno qəsəbəsində hərbi nəzarət məntəqəsinə yerləşdirilən əl istehsalı bomba partlayıb.
Partlayışda yaralanan 4 əsgərin vəziyyətinin ağır olduğu bildirilir.
Hücuma görə, keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə (FARC) bağlı silahlı qruplaşma şübhəli bilinib.