Müsavat Partiyasının üzvü Tofiq Yaqublu məsuliyyətə cəlb olunub.
"Unikal" xəbər verir ki, bu barədə T. Yaqublunun qızı Nigar Həzi sosial şəbəkədə paylaşım edib. Məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, T.Yaqublu 30 sutkalıq inzibati qaydada həbs olunub.