2022-ci ildə ölkə ərazisində 114 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdu ki, bunların artıq 92 faizində işlər tamamlanıb.
"Unikal" xəbər verir ki, respublikada ümumilikdə 500 km-dən çox boru xətti çəkilib. Bu barədə SOCAR “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyasında məlumat verib. Qurum rəsmisi işlərin 2023-cü ildə də davam edəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev görülən işlər çərçivəsində son 2 ildə 200-dən çox şəhid ailəsinin müraciətinin həll edildiyini qeyd edib. Həmçinin şöbə rəisi SOCAR “Azəriqaz” İB-nin hər zaman həssas qrup üzvlərinin qayğılarını diqqət mərkəzində saxladığını vurğulayıb.
Aksiya daha sonra jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.