SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
"Unikal" xəbər verir ki, növbəti həftə (26.12.2022 və 28-30.12.2022 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 3-ci günü saat 11:00-dan 12:00-dək Tovuz rayonunda (Tovuz Şəhər Parkı), 4-cü günü saat 12:00-dan 13:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 12:00-dan 13:00-dək isə Qazax rayonunda (Dədə Qorqud Parkı, Mərkəzi Xəstəxananın yanı).
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.