İlin son günləri, dekabrın 24-dən 30-dək olan müddət meşə fondu torpaqlarında, götürülmüş öhdəlikdən əlavə olaraq 140 hektar sahədə əkin və səpin işlərinin aparılmasına həsr olunacaq.
"Unikal" xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib.
O qeyd edib ki, Regional Meşə Təsərrüfatı Mərkəzləri əməkdaşlarının iştirakı ilə xidməti ərazilərin əlavə olaraq 140 hektar açıq və seyrək sahəsində əkin və səpin işləri aparılacaq.
X.Hüseynov il ərzində meşə fondu torpaqlarında həyata keçirilən meşəbərpa işləri ilə bağlı ümumi statistikanı da açıqlayıb.
"2022-ci ilin bugününədək 1373 hektar meşə fondu ərazisində əkin və səpin işləri həyata keçirilib, 1,5 milyon ədəd göyrüş, ağcaqayın, akasiya, dəmirağacı, qoz, şabalıd və s. müxtəlif növ ağac əkilib, 55 ton palıd, fıstıq, ağcaqayın toxumu səpilib. Eyni zamanda, yay aylarında yanğına məruz qalmış meşə fondu torpaqlarının 35 hektar sahəsində meşəbərpa tədbirləri aparılıb".