Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 25 dekabr saat 08:30-da xəstəliyinin müalicəsi ilə əlaqədar Qarabağda yaşayan ermənilər - kəskin diabet və ürək xəstəliyi olan Edita Osipyan, onkoloji xəstə olan İrina Viktorovna Avetisyan və onların ailə üzvləri komitənin əməkdaşlarının müşayiəti ilə BQXK-yə məxsus minik avtomobilləri ilə Xankəndidən Ermənistanın Gorus rayona keçidinə və həmin gün 13:30-da eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.
"Unikal" xəbər verir ki, müraciətdə müsbət cavab verilib və onlar aksiya yerindən maneəsiz olaraq keçiblər. Aksiya iştirakçıları keçən karvana şərait yaradıblar.
Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.