Baş Prokurorluqda yeni təyinatlar olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Ceyhun Hümbətov Baş prokurorun böyük köməkçisi, Vüsal Əliyev isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyinat alıblar.

Məlumat Baş Prokuroluğun Mətbuat xidmətindən saytımıza təsdiqlənib.

Seymur Əli