Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplanmışdılar.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Unikal"a bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub.
Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.