Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Telman oğlu Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
"Unikal"ın məlumatına görə, N.Şirinov buna qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işləyib.
O, xidmətin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi idi.
Yeni sədr müavininə 2021-ci ilin fevral ayında dövlət başçısının Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.