“Aidiyyəti dövlət qurumları Bakının tıxac probleminin həllində aciz qalıblar”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, şəffaf tender keçirilməli və xaricdən ekspertlər dəvət olunmalıdır: “Bu ekspertlər gəlib təkliflər verməlidirlər. Nəinki yollarda, Bakı metrosunda da acınacaqlı vəziyyət hökm sürür. Metrodan elə fotolar paylaşılır ki, adam dəhşətə gəlir”.
Anar Kəlbiyev