Bu gün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Rayon İcra Hakimiyyətinin akt zalında bayram tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şəhid ailələri, qazilər, yüksək nəaliyyətlər əldə etmiş idmançılar, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak ediblər.
Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükuta yad edilib.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tədbirdə iştirak edənləri və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib. Bir neçə gündən sonra vidalaşacağımız 2022-ci ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu bildirib. Respublikamızın bu il də, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir çox uğurlara imza atdığını xüsusi vurğulayıb.
Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam edib. Rayonumuzda açılan yeni sənaye müəssisələri, yenidən qurulan yollar, qəsəbələrin abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən 28 nəfərə fəxri fərman və dəyərli hədiyyələr təqdim edilmişdir.