Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.
"Unikal" xəbər verir ki, tətil günləri 2022-ci ilin dekabr ayının 31-i, 2023-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.
Belə ki, 2022-ci ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.
Bununla yanaşı, 31 dekabr və 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il yanvarın 3 və 4-ü də qeyri-iş günü olacaq.
Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.