ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişidanın yanvarın 13-də Vaşinqtonda görüşəcəyi gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters"məlumat yayıb.

Bildirilir ki, görüş Şimali Koreyanın raket sınaqları və ABŞ-ın regiondakı müttəfiqlərini narahat edən nüvə arsenalının artırılması çağırışları fonunda keçirilir.

Kişida Baydenlə Yaponiyanın və İkinci Dünya Müharibəsindən sonra ölkənin ən böyük hərbi birləşməsini açıqlayan yeni təhlükəsizlik siyasətini müzakirə etməyi planlaşdırır.

Ağ Ev görüşlə bağlı hər hansı planı şərh etməkdən imtina edib.