Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə ayrı-ayrılıqda danışıqlar aparmağı planlaşdırır.
"Unikal" “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
Onun sözlərinə görə, liderlər arasında danışıqlar çərşənbə günü, yanvarın 4-də baş tutmalıdır. Lakin danışıqların nə vaxt keçiriləcəyi hələlik məlum deyil.
Kalın qeyd edib ki, Ərdoğan Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə müharibənin dayandırılması məsələsini müzakirə etməyi planlaşdırır.