Yanvarın 4-də Rusiyanın Murmansk bölgəsində "Şahzadə Arktika" gəmisi yanıb.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib. 

Məlumata görə, yanğın gəminin anbarında başlayıb. İçəridə olan 7 nəfər təxliyə edilib. 

Yanğının söndürülməsinə 28 nəfər və 9 texnika cəlb olunub. 

Ağarza Elçinoğlu