ABŞ-ın Yuta ştatının Enok şəhərində evdə beşi uşaq olmaqla 8 nəfər ölü tapılıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, meyitlərin hamısında güllə yaraları aşkar edilib.

"Hər birinin güllə yarası olduğu görünür. Hazırda ictimaiyyət üçün təhlükənin və ya qaçan şübhəlinin olduğuna inanmırıq. Bu araşdırma hələ də aktivdir və daha sonra daha ətraflı məlumat veriləcək", - deyə şəhər polisi açıqlama yayıb.

 Faktla bağlı cinayət işi açılıb. 

Gülayə Mecid