İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçisi Tehranda öldürülüb.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, Qasim Fətullahi çərşənbə axşamı gecə qətl edilib.
O, SEPAH-ın Məhəmməd Rəsulullah Qüvvələri Korpusunun üzvü, SEPAH-ın Bəsic Könüllü Qüvvələrinin komandiri idi.
Məlumata görə, hücum Tehranda hərbçinin yaşayış binasının qarşısında baş verib.
Ağarza Elçinoğlu