Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.
"Unikal"ın məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 16 oktyabr 2012-ci ildə Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
2016-cı ildə Prezidentin sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilib.