Türkiyə Rusiya taxılını öz un zavodlarında emal etmək və məhsulu yoxsul Afrika ölkələrinə tədarük etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının regional nümayəndələri ilə görüşündə bildirib.Türkiyə lideri qeyd edib ki, bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb və o, Moskvanın kasıb ölkələrə taxıl tədarük etməyə hazır olduğuna əmin olub.

“Biz öz növbəmizdə bu taxılı müəssisələrimizdə emal edərək un halına gətirəcəyik və yoxsul Afrika ölkələrinə göndərilməsi üçün səy göstərəcəyik”, - deyə Ərdoğan bildirib.

Həmçinin bu gün Ərdoğanla taxıl sövdələşməsinə dair telefon danışığında Putin Rusiya ixracına maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.