BMT-nin baş katibi Antonio Quterreş Yelenovkada (DXR) istintaq təcridxanasının atəşə tutulması faktlarının müəyyən edilməsi üzrə missiyanı dağıtmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə cümə axşamı dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib hadisə yerinə missiya göndərməyə şərait olmadığı üçün 29 iyul 2022-ci il tarixdə Yelenovkada baş vermiş insidentlərlə bağlı faktaraşdırıcı missiyanı ləğv etmək qərarına gəlib.

Düjarrikin sözlərinə görə, Yelenovkadakı istintaq təcridxanasının atəşə tutulması faktlarının müəyyən edilməsi üzrə missiyanın dağıdılmasına səbəb onun təhlükəsizlik və giriş üçün lazımi təminat almamasıdır. 

"Bizim siyasi razılaşmamız var idi, lakin müharibə zonasında belə mürəkkəb, incə və açıq desək, təhlükəli missiya üçün bizə hər iki tərəfdən açıq təhlükəsizlik və giriş zəmanəti lazımdır. Biz onları qəbul etdiyimizi hiss etmədik".

Düjarrik tərəflərdən hansının lazımi təminat vermədiyi sualına cavab verməyib.