İranın sabiq prezidenti Mahmud Əhmədinejad molla rejiminə xərdarlıq edib. 

"Unikal" xəbər verir ki, eks prezident xalqın səsinin eşidiləcəyinə ümid etdiyini bildirib. 

 "Ümid edirəm ki, xalqın səsini eşidəcəklər, tez hərəkətə keçəcəklər. Xalqa qarşı repressiyalara sərf etdikləri vəsaiti insanların problemlərini həll etməyə xərcləsələr, məsələlərin bir çoxu həll olunar.
Səlahiyyətli şəxslər xalqı dinləsinlər! Xalqla görüşsünər, inanılmış şəxslərdən məlumat alsınlar! Xalqı əzən, üsyana vadar edən, təhqir edən, üsyankara çevirən və bu ölkədə şeytanın istəyini həyata keçirmək istəyən təhlükəsizlik qüvvələrindən məlumat almasınlar! 
Xalqın çətinliyi var, get onu dinlə! Hamıya əks-inqilabçı damğası vurmaq olmaz!  Xalqın əksəriyyəti ölkə idarəçiliyindən narazıdır. İslahat aparın, dəyişin, düzəldin! Xalqla birlikdə olun! Ziyan etməzsiniz, bunun özünüzə də xeyri var, ölkəyə də xeyri var! Ola bilsin ki, sabah öhdəsindən gəlmək artıq mümkünsüz oldu!"