Ermənistanın İqtisadiyyat naziri vəzifəsi ilə vidalaşa bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
"Hökumət başçısı bəyanatlarına görə tez-tez gülməli vəziyyətə düşən İqtisadiyyat naziri Vaan Kerobyanın işindən narazıdır. Yaxın zamanda onun istefa xəbəri gələcək", - KİV yazıb.
Nazir isə barəsində yayılan xəbərlərə münasibət bildirməyib.
Qeyd edək ki, Vaan Kerobyan 2020-ci ilin noyabrın 27-də Ermənistan İqtisadiyyat naziri vəzifəsinə təyin olunub.
Gülayə Mecid