UEFA-nın hazırkı prezidenti Aleksandar Ceferin yenidən seçiləcək.
"Unikal" xəbər verir ki, o, bu ilin aprelində UEFA Konqresində prezidentliyə iddialı yeganə namizəd olacaq.
55 yaşlı Ceferin ilk dəfə 2016-cı ildə UEFA-nın prezidenti seçilərək, etik qalmaqal nəticəsində UEFA-dan ayrılan Mişel Platinini əvəzləyib.
2019-cu ildə sloveniyalı Aleksander Ceferin yenidən UEFA-nın rəhbəri seçilib.