"Xarici şirkətlərin 75,9%-i Rusiya bazarını tərk etməyib, gedən təşkilatlar isə milyardlarla dollar xərc çəkir".

"Unikal"  gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.

Parlamentarinin sözlərinə görə, belə rəqəmlər Rusiyada qalan şirkətlərin Rusiya iqtisadiyyatının inkişafı üçün yaxşı perspektivlərə inandıqlarını, ölkədəki biznes mühitindən razı olduqlarını göstərir.

Daha əvvəl Rusiya Ticarət və Sənaye Palatasının (SPA) prezidenti Sergey Katırin bildirmişdi ki, bazarı tərk edən Qərb tərəfdaşlarını itirmiş Rusiya şirkətlərinin yalnız dörddə biri (25%) yenilərini tapa bilib.

Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra əksər xarici şirkətlər Rusiya bazarını tərk edib və ya ölkədəki fəaliyyətini müvəqqəti dayandırıb. Onların arasında McDonald's, Coca-Cola, Apple, Siemens və başqaları kimi nəhənglər var.

Gülayə Mecid