Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Türkədi kəndində təcili tibbi yardım avtomobilinin yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində avtomobilin yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılması təmin edilib.