İsmayıllı rayonunda itkin düşən qadın tapılıb.
"Unikal"ın məlumatına görə, İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində Ayişə Məmmədova Bakı şəhərində tapılıb. Ailəli və bir uşaq anası olan Ayişə Məmmədova könüllü olaraq Bakı şəhərinə gəldiyini, geri qayıtmaq istəmədiyini və hazırda şokalad sexində işlədiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Unikal"ın sorğusuna cavab olaraq itkin düşən qadının tapılması ilə bağlı məlumatı təsdiqləyib, Ayişə Məmmədovanın izahatında öz xoşu ilə Bakı şəhərinə gəldiyini və heç kimdən şikayətçi olmadığını bildirib.
Şahnəzər Bəşirov