İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, yaralılar var.

"Unikal"ın məlumatına görə, sürücü Ramil Əliyev "Toyota Prius" markalı minik avtomobili ilə Qəbələdən Bakıya gedərkən İsmayıllı şəhəri ərazisində yolun qar və buz olması səbəbindən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər, Bakı sakinləri, 1956-cı il təvəllüdlü Abbasova Səidə Allahyar qızı, 1966-cı il təvəllüdlü Piriyeva Reyhan Nadir qızı, 1987-ci il təvəllüdlü Qasımov Elnur Fazil oğlu, Balakən rayon sakini, 1975-ciil təvəllüdlü Qarakişiyeva Gülnar Cəlil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov