Sabirabadda VAZ markalı minik avtomobilində yanan şəxsin kimliyi məlum olub.

"Unikal" report-a istinadən xəbər verir ki, avtomobildə qeydə alınan yanğın nəticəsində Rasim Balakişiyev yanıq xəsarəti alıb.

Qeyd edək ki, hadisə zamanı avtomobilin salonu və idarəetmə lövhəsi yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

15:23

Sabirabad şəhərində "VAZ" markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb.

FHN-dən "Unikal"a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.