Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu qəsəbəsində 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Unikal" xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə G.Muradova 2 il azadlıqdan məhrum edilib.
İttihama görə, 2021-ci il dekabrın 29-da Məhəmməd Şıxəliyevin oğurlanması barədə polisə şikayət daxil olub. Uşaq yanvarın 8-də tapılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisədən sonra Məhəmməd da daxil olmaqla, bu ailənin övladları dövlət qurumlarının qərarıyla sığınacağa yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən G. Muradova saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham elan edilib.