Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.
Əlavə məlumat veriləcək.