Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Poylu kəndinin ərazisində qeydə alınıb. Hərəkətdə olan "Niva " ilə "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1979-ci il təvəllüdlü Cümşüd Rzayev, 1960-ci il təvəllüdlü Rizvan Mustafayev və 1978-ci il təvəllüdlü Kamil Cabbarov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov