Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.
Qeyd edək ki, yanvarın 5-də Nərimanov rayonu ərazisindəki yaşayış binasında mənzildə 4 nəfərin meyiti aşkar olunub.
Araşdırma zamanı meyiti tapılan şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.