Bir neçə gün öncə Şəkidə itkin düşən yeniyetmə tapılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, yanvarın 14-də itkin düşən Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyevin yeri Bakı şəhərində müəyyən olunaraq ailəsinə təhvil verilib.

***

15 yanvar, saat 12:15

Şəkidə 17 yaşlı gənc itkin düşüb. 

"Unikal" xəbər verir ki, Şəki şəhər sakini 2006-cı il təvəllüdlü Ramazan Hacıyev ötən gün təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 
Həmin şəxsin itkin düşməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də məlumat daxil olub. Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.

Seymur Əli