Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "KamAZ" markalı yük maşını yolu qarşı tərəfə keçmək istəyən 1980-ci il təvəlüdlü Mahir Yusubovu vurub.

Piyada xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Mənzil-Kommunal Təsərrüfatı Birlyinin əməkdaşı olub.

Tural Əhmədov