Göygöldə bədbəxt hadisə baş verib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb. Sözügedən qəsəbədə fəaliyyat göstərən "Münasib” şadlıq sarayının sahibi 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. P.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Qeyd edək ki mərhum uzun illərdir biznes fəaliyyəti ilə məşğul olub.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov