Abşeron rayonunda intihar hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi”ndə qeydə alınıb.
Hələlik kimliyi məlum olmayan orta yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.