Bakı şəhərinin Səbail rayonunda yaşayış binasında yanğın olub.
FHN-dən "Unikal"a verilən məlumata görə, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 43 m² olan mənzilin 1 otağında ev əşyaları 17 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizinin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.