Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. 75 yaşlı kənd sakini Zərniyar Əjdərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Z.Əjdərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Tural Əhmədov