Zaqatalada minik avtomobili​ tamamilə yanıb.

"Unikal"ın məlumatına görə, yanğın ötən gün axşam saatlarında​ rayonun Yuxarı Tala kəndində baş verib. Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü İsmayılova Kişvər Fərhad qızına məxsus "Toyota Passo" markalı​ minik avtomobili yanıb. Yanğın yerinə Zaqatala Yanğından Mühafizə Hissəsindən yanğınsöndürən maşın və şəxsi heyyət cəlb olunub. Yanğın zamanı avtomobilin bütün yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla baglı araşdırma aparılır.

Seymur Əli