İran ərazisində qeydə alınan zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.
"Unikal" xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:55-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvan MR-in sərhəd rayonlarında 3 bala qədər hiss olunub.