“Azərbaycanda belə bir başlanğıc götürülüb ki, ölkədə aparılan islahatlar davamlı şəkildə əhatəsini göstərəcək. Həmçinin, regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması planda var”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
“Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi son müsahibəsində bu il üçün regional strukturlarda ciddi islahatların gözlənildiyini bir daha xatırladıb. Güman edirəm ki, 2023-cü ildə bizim qarşımızda çox böyük vəzifələr durur. Bununla bağlı dinləmələr keçirəcəyik”.
Anar Kəlbiyev