Bakıda yaşayış binasında yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə Süleyman Rəhimov küçəsində yerləşən binada qeydə alınıb. 3 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınan yanğının mətbəxdəki sobada baş verdiyi bildirilir.
FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.